Ərdoğan: Artıq qaçqın qəbuletmə iqtidarında deyilik

Bütün dünya sammitin nəticələrini səbirsizliklə gözləyir.

Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Türkiyə və İran sammitində deyib.

Onun sözlərinə görə, Suriyanın siyasi birliyi təmin edilməlidir: “Astana sammiti çərçivəsində həyata keçirilən ən kritik addım gərginliyi azaltma bölgələrinin yaradılması oldu. Ancaq bunlar vaxt ötdükcə müxtəlif bəhanələrlə aradan qaldırıldı. Onlardan yalnız İdlib qalıb. İdlibdəki müxalifət baş verən hadisələrə görə aldadıldıqlarını düşünürlər. Bu proses çox riskli bir yerə gəlib. Suriya təkcə Suriyanın gələcəyi üçün deyil, bizim milli təhlükəsizliyimiz və bölgənin gələcəyi üçün önəm kəsb edib. İdlibə ediləcək hücum fəlakətlə nəticələnəcək. İdlibin qan gölünə çevrilməsini qətiyyən istəmirik. İdlib üçün məqbul yol tapmalıyıq”.

R.T. Ərdoğan qeyd edib ki, Fərat çayının qərbində Türkiyənin arzu etmədiyi hadisələr yaşanır: “Bir sıra xarici güclərin atdığı addımlar artıq başqa yerə yönəlib. ABŞ-ın bölgədə digər terror təşkilatını gücləndirməsindən olduqca rahatsızıq. Türkiyə bölgədə varlığını qorumaqda qərarlıdır”.

O əlavə edib ki, Türkiyə daha qaçqınları qəbuletmə iqtidarında deyil: “Suriya rejiminin də göz yumması ilə birlikdə terror təşkilatı varlığını daimi etməyə çalışır. Bu vəziyyət eyni zamanda Suriyanın ərazi bütövlüyünə təhdiddir. İdlibdə xeyli mülki şəxs var. Bombardman dayandırılmalıdır. İdlibdə atəşkəs olarsa, önəmli bir addım olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top