Putin bu ayın sonu Azərbaycana gələcək

Rusiya Prezidenti Vladimir Putin sentyabrın sonlarında Azərbaycana səfər edəcək.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə V. Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov açıqlama verib.

O bildirib ki, ilin sonuna qədər rəsmi Moskva Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli sammitə ev sahibliyi edəcək.

Qeyd edək ki, Rusiya, İran və Azərbaycan rəhbərlərinin ilk görüşü 2016-cı ildə keçirilib. Sonrakı sammitlər Bakıda və Tehranda baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top