Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 5-də 79,17 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,57 dollar/barel azdır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 5-də 78,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 5-də 75,74 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə sentyabrın 5-də 76,89 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,64 dollar/barel azdır.

DİGƏR XƏBƏRLƏR

Top