Turistlər ən çox hansı ölkələrə səfər edirlər?

Ötən il turistlərin ən çox ziyarət etdiyi ölkə Fransa olub. Yeniavaz.com BMT-nin Ümumdünya Turizm Təşkilatına (UNHCR) istinadən verdiyi məlumata görə, son 2 ildir birincilik mövqeyini qoruyub saxlayan Fransa 2017-ci ildə 86,9 milyon turist tərəfindən ziyarət edilib. Turistlərin ən çox ziyarət etdiyi ölkələrin sıralamasında ikinci yerdə İspaniya qərarlaşıb - 81,8 milyon turist. ABŞ 75,9 milyon turistlə siyahıda 3-cü sırada olub.

Turistlərin ən çox ziyarət etdiyi ölkələrin ilk onluğunda növbəti yerləri Çin (60,7 milyon), İtaliya (58,3 milyon), Meksika (39,3 milyon), Böyük Britaniya (37,7 milyon), Türkiyə (37,6 milyon), Almaniya (37,5 milyon) və Tayland (35,4 milyon) tutub.

Məlumat üçün qeyd edək ki, Dövlət Statistika Komitəsi 2017-ci ildə Azərbaycana 2,7 milyona yaxın xarici ölkə vətəndaşının səfər etdiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top