MDB ölkələrində iqtisadi artım: Azərbaycan sonuncudur

Bu ilin ilk 7 ayı ərzində Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələri arasında ən aşağı iqtisadi artım Azərbaycanda qeydə alınıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk 7 ayı ərzində Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) artım tempi 0,2% olub. Yeniavaz.com MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı hesabata istinadən bildirir ki, Birliyə üzv olan digər ölkələrdən Qırğızıstan istisna olmaqla heç birində ÜDM-nin azalması müşahidə olunmayıb. Qırğızıstanda ÜDM istehsalı 0,2% azalıb.

MDB-yə üzv ölkələr arasında Azərbaycandan sonra ən aşağı ÜDM artımı Rusiyada qeydə alınıb. Ötən ilin ilk 7 ayı ilə müqayisədə bu ilin yanvar-iyul aylarında Rusiyada 1,6% həcmində iqtisadi artım baş verib. Ən yüksək ÜDM artımı isə Ermənistanda müşahidə edilib - 8,3%.

Digər ölkələrə gəldikdə isə qeyd edək ki, iqtisadi artım tempi Ukraynada 3,6%, Moldovada 3,7%, Özbəkistanda 4,9%, Türkmənistanda 6,2%, Belarusda 4,4%, Qazaxıstanda 4,1%, Tacikistanda isə 7,2% təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top