ABŞ 215 milyon dollarlıq strateji casus təyyarəsini itirdi

ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı strateji “RQ-4 Global Hawk” kəşfiyyat pilotsuz uçuş aparatını Aralıq dənizində itirib.

Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, aparat iyunun 26-da suya düşüb və İspaniya sahillərində batıb.

Hərbçilər iki ay yarım insidenti ictimaiyyətdən gizləyiblər. RQ-4-ün qəzaya uğrama səbəblərinin araşdırılması davam edir. Aparat artıq tapılıb, səthə çıxarılıb və ABŞ-a göndərilməsi üçün Rota hərbi dəniz bazasına çatdırılıb. Bu, RQ-4-ün artıq bir il ərzində ikinci dəfə itirilməsidir.

Qeyd edək ki, “RQ-4 Global Hawk” ABŞ Hərbi Hava Qüvvələrinin yüksəklik stareti pilotsuz uçuş aparatıdır. Avtomatik reaktiv təyyyarəsi havada 30 saat ərzində 18 kilometrədək hündürlükdə qala bilər. Təyyarə 100 kilometr radiusunda hərəkət edən hədəfləri və ya 37x110 kilometr ölçüsündə olan ərazini müşahidə edə bilər. Bu cür aparatın bir ədədinin qiyməti 215 milyon dollardır.

DİGƏR XƏBƏRLƏR

Top