Bakıda tikinti şirkəti sakinləri təhlükə ilə üz-üzə qoyub - VİDEO

Bakıda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilib. Sakinlər mənzil başına çatmaq üçün qarşı tərəfə keçməyə və ya yolun hərəkət hissəsi ilə getməyə məcbur olurlar. Söhbət paytaxtın Binəqədi rayonu, Beynəlxalq Avtovağzal Komplekisinin qarşısından gedir. "Matadrom" kimi tanınan ərazidə yaşayan sakinlər deyirlər ki, səki zəbt edildiyindən çətin vəziyyətdə qalıblar.


Sakinlərin sözlərinə görə, bu yoldan məktəbə gedən uşaqlar da istifadə edirlər. Ona görə də sentyabrın 15-dən onların işi daha da çətinləşəcək. Yolda isə hərəkət edən avtomobillərin ardı-arası kəsilmədiyindən qəza riski yüksəkdir.


Ərazidə yaşayanların sözlərinə görə, son vaxtlar, ümumiyyətlə tikintidə iş getmir. Amma tikintinin bünövrəsi üçün qazılmış yer ətrafa təhlükə saçmağa davam edir. Məhz buna görə də yaxınlıqda yaşayanlar övladlarını küçəyə buraxmırlar.


Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildirdilər ki, bünövrənin bir neçə il əvvəl qazılmasına baxmayaraq, tikinti işləri davam etdirilməyib. Hüquq müəyyənedici sənədlərin təqdim edilməsi üçün tikinti şirkətinə müraciət olunub. Yalnız sənədlər təqdim edildikdən sonra müvafiq tədbirlərin görülməsi təmin olunacaq. (Xezerxeber)

yol

DİGƏR XƏBƏRLƏR

Top