3 qat dünya çempionu niyə hadisə yerindən qaçıb? - Məhkəmə

Ölümlə nəticələnən qəza törədən dünya çempionu hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Urxan Orucovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 11-nə təyin edilib.

Xatırladaq ki, bu il yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. 31 yaşlı Səlim Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Xəzər Rayon Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "BMW” markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü – Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Ölümlə nəticələnən qəzanı törədən və hadisə yerindən qaçan Urxan Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növləri ilə məşğul olan 29 yaşlı Urxan 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

(Olke.az)

DİGƏR XƏBƏRLƏR

Top