Yevlaxda içərisində 5 nəfər olan "Niva" qəzaya düşüb

Yevlaxda içərisində 5 nəfər olan avtomobil qəzaya düşüb. Yeniavaz.com xəbər verir ki, hadisə rayonun Qaraoğlan kəndində baş verib.

"Niva" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 76 yaşlı Sadıq Heydərov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı həmçinin maşının sürücüsü və digər 3 sərnişin də xəsarət alıb. Yaralılara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top