“Yenidən xəstəxanaya yerləşdiriləcəm” - Xalq artisti

Xalq artisti Könül Xasıyeva yenidən xəstəxanaya yerləşdiriləcək. Yeniavaz.com xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında xanəndə özü xəbər verib. O bildirib ki, müalicələri davam edir:

"İndi daha yaxşıyam. Həkim deyir ki, hər şey yaxşılığa doğru gedir. Bu ayın ortalarında yenidən xəstəxanaya yerləşdiriləcəm. Müalicə olunmalıyam. Get-gedə sağalıram".

Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir. Xanəndə bir neçə ildir ki, müalicə alır. O, martda verdiyi solo konsertdən sonra böyük səhnə ilə vidalaşdığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top