Ramil Usubov yeni rəis təyin etdi

Daxili işlər naziri Ramil Usubov Binəqədi Rayon Yol Patrul Xidmətinə yeni rəis təyin edib.

Ramil Usubovun müvafiq əmrinə əsasən polis mayoru Mərdan ƏliyevBinəqədi Rayon YPX-nə rəis təyin olunub.

Sözügedən məlumatı Binəqədi Rayon DYP-dən təsdiqləyiblər.

Qeyd edək ki, Mərdan Əliyev bundan öncə Sumqayıt Şəhər YPX-nin komandiri olub.

(Unikal.org)

DİGƏR XƏBƏRLƏR

Top