Parisdə rus turistlərin 1 milyon avrosu oğurlandı

Naməlum cinayətkarlar Paris ətrafında üç rusiyalı turisti 1 milyon avro məbləğində qarət ediblər. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, rusiyalı turistlər özəl təyyarələrə və varlı turistlərə xidmət göstərən aviaşirkətlərə qulluq edən Le Burje aeroportuna uçublar.

Nitsadan gələn rusiyalılar sürücüsü olan icarə götürülmüş maşında Parisə istiqamət alıblar. Yolda onların avtomobilinin qarşısını içərisində 4 maskalı şəxsin olduğu maşın kəsib. Hücum edənlər turistlərin baqajını – üç çemodan və çantanı, eləcə mobil telefonları götürüblər.

Turistlər deyiblər ki, oğurlanmış qiymətli əşyaların dəyəri 1 milyon avro həcmində olub.

DİGƏR XƏBƏRLƏR

Top