Trampdan İdlib açıqlaması: 100 minlərlə adam ölə bilər

ABŞ Prezidenti Donald Tramp Suriya və onun müttəfiqləri Rusiya ilə İrana sərt xəbərdarlıq edib. Yeniavaz.com “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, “Twitter” səhifəsindən açıqlama verən D. Tramp rəsmi Dəməşqdən İdlibə düşünmədən hücum etməməsini istəyib.

Moskva və Tehrana da xəbərdarlıq edən ABŞ Prezidenti humanitar faciənin baş verməsinə icazə verilməməsinin vacibliyini vurğulayıb: “Suriya Prezidenti Bəşər Əsəd İdlib şəhərinə fikirləşmədən hücum etməməlidir. Ruslar və iranlılar bu mümkün humanitar faciədə yer almaqla dərin insani xətaya yol verərlər. Yüz minlərlə insan ölə bilər. Bunun baş verməsinə icazə verməyin”.

Qeyd edək ki, İdlibdə təqribən 4 milyon mülki şəxs var.

DİGƏR XƏBƏRLƏR

Top