Kredit faizləri: Hansı rayonlarda daha aşağıdır?

Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Yuxarı Qarabağ iqtisadi rayonunda qeydə alınıb. Yeniavaz.com Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, bu rayonlarda orta faiz dərəcəsi 24,8% olub. Ən aşağı faiz dərəcəsi isə Naxçıvan (9%) iqtisadi rayonunda müşahidə olunub.

Məlumat üçün bildirək ki, bu ilin avqust ayının əvvəlinə olan məlumata görə milli və xarici valyuta ilə verilən kreditlərin də faiz dərəcələri fərqli olub. Belə ki, Naxçıvan və Kəlbəcər-Laçın iqtisadi rayonları istisna olmaqla kreditlər xarici valyuta ilə daha aşağı faizlə verilib.

Verilən kreditlərin 82,3%-i (10 milyard manat) Bakı şəhərinin payına düşdüyü üçün ölkə üzrə ümumi kredit faizləri milli valyutada daha yüksək olub. Belə ki, milli valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi 13,8%, xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi isə 9,2% olub.

Xarici valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcəsi Naxçıvan iqtisadi rayonunda qeydə alınıb. Bu rayonda xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi 22% təşkil edib. Xarici valyuta ilə verilən kreditlər üzrə ən aşağı faiz dərəcsi isə Bakı şəhərində qeydə alınıb - 8,5%.

Milli valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcsi Yuxarı Qarabağ iqtisadi rayonlarında qeydə alınıb ki, bu iqtisadi rayonda faiz dərəcəsi 25,6% olub. Ən aşağı faiz dərəcəsi isə xarici valyutadan fəqrli olaraq Naxçıvanda qeydə alınıb. Naxçıvanda milli valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 8,9% təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top