Gürcüstanın Baş naziri vəzifəsinə 36 yaşlı namizəd irəli sürüldü

Maliyyə nazirinin səlahiyyətlərini icra edən Mamuka Baxtadze Gürcüstanın Baş naziri vəzifəsinə namizəd göstərilib.

Yeniavaz.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, onun namizədliyini Gürcüstanda parlament çoxluğu danışıqların yekunu üzrə irəli sürüb. Bunu deputat Arçil Takviladze deyib. Onun sözlərinə görə, komanda M. Baxtadzenin namizədliyini yekdilliklə dəstəkləyib.

Qeyd edək ki, gün Georgi Kvirikaşvili Baş nazir vəzifəsindən istefa verib.

M. Baxtadzenin 36 yaşı var.

DİGƏR XƏBƏRLƏR

Top