Putin Paşinyanın atasının adını səhv dedi - VİDEO

Ötən gün Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, V. Putin və N. Paşinyan görüşdə Moskva və İrəvan münasibətlərinin xüsusi xarakterini təsdiq ediblər. Görüşdə maraqlı detal qeydə alınıb. Belə ki, Rusiya Prezidenti N. Paşinyana müraciət edərkən onu Vovayeviç deyil, Vladimiroviç adlandırıb. Qeyd edək ki, N. Paşinyanın atasının adı Vovadır. Ermənistanın Baş naziri Rusiyada futbol üzrə dünya çempionatının açılışında iştirak etmək üçün Moskvadadır.

video

DİGƏR XƏBƏRLƏR

Top