Bayram günlərində hava necə olacaq? - PROQNOZ

Bayram günlərində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Yeniavaz.com-a açıqlamasında bildirib ki, iyun ayının 15-də və 16-ı gündüz saatlarında ölkədə hava şəraiti sabit keçəcək: "Növbəti iki gündə hava əsasən yağmursuz olacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25-30, Mərkəzi Aran rayonlarında 30-35, dağlıq ərazilərdə 17-22 dərəcə təşkil edəcək".

Onun sözlərinə görə, lakin 16-sı axşam isə bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir.

Qeyd edək ki, iyun ayının 15-də Azərbaycanda Milli Qurtuluş Günü, ayın 15 və 16-da isə Ramazan bayramı qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top