Təhsil şöbəsinin müdiri: "Bıçaqlayan şagird tutulub, yaralı şagirdin vəziyyəti normaldır - YENİLƏNİB​

Qobustan rayon təhsil şöbəsinin müdiri Füzulıi Gülalıyev A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verən bıçaqlanma ilə bağlı açıqlama verib.

F.Gülalıyev bildirib ki, məktəbin 10-cu sinif şagirdi V.Şəhriyarovu bıçaqlayan şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb: "Hadisə səhər saat 8 radələrində məktəbdən kənarda baş verib. Məktəbin 11-ci sinif şagirdi Rauf Ağaquliyev "Son zəng" tədbirində iştirak etmək üçün səhər məktəbə gələrəkən Vüsal Şəhriyarovla yolda aralarında mübahisə yaranıb. Nəticədə Rauf Vüsala bir neçə bıçaq zərbəsi vurub. Vüsalın vəziyyəti hazırda normaldır. Rauf isə polis əməkdaşları tərəfindən saxlanılıb".


***10:52

Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

Hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top