Bakıdakı məşhur klinikada 34 həkim işdən çıxarıldı - SİYAHI

Xəbər verildiyi kimi Bakıdakı "Grand Hospital” klinikası adını dəyişərək "Ege Hospital” adı altında fəaliyyətini davam etdirir.

Rebrendinqdən sonra xəstəxananın onlarla azərbaycanlı həkimi qəfil işdən qovulub. Onların əvəzinə isə xəstəxana rəhbərliyi Türkiyədən həkimlər dəvət edib. Üstəlik, gözləmədikləri anda işlərindən qovulan azərbaycanlı həkimlər Türkiyədən dəvət edilən bu həkimlərin Bakıda işləmək üçün lizensiyalarının olmadığını deyib, xəstəxana rəhbərliyini qanunsuz fəaliyyətdə ittiham edib.

Bildirilir ki, bu günlərdə xəstəxananın yeni rəhbərliyi tibb müəssisəsi "Grand Hospital” adı altında fəaliyyət göstərdiyi dövrdə işləmiş daha bir qrup həkimi zorla işdən qovub. Məlumatda bildirilir ki, xəstəxana rəhbərliyi işdən çıxarmaq istədikləri həkimləri və digər tibb işçilərini məcburi qaydada işdən könüllü çıxdıqları barədə sənədə qol çəkdirib. Belə ki, rəhbərlik əməkdaşların maaşlarını verməməklə hədələyərək, onları zorla sənədə qol çəkdirməyə məcbur edir. Könüllü şəkildə işdən çıxmaq istəməyənləri isə halal maaşlarını verməməklə hədələyib. Mənbə qeyd edib ki, xəstəxanadan onlarla həkimlə yanaşı, xeyli sayda tibb personalı da qovulub. Xəstəxanadan yeni işdən çıxarılan həkimlərin adları isə aşağıdakı kimidir.

Namiq İsmayılov

Rasim Məhərrəmov

Şahin Manafov

Pərviz Aslanov

Tələt Şəfiyev

Röyal Hacıməmmədov

Könül Mahmudova

Afaq Qəhrəmanova

Zərifə Hacıbəyli

Ramil Abdulov

Teymur Məmmədov

Zərdan Bəylərov

Arzu Hüseynov

Seymur Musayev

Günay Əhədova

Lalə Alıcan

Arzu Eyyubova

Əlkəbər Həmidov

Əlizamin Sadıqov

Günay Ağazadə

İlahə Həsənli

Samirə Hüseynova

Munisə Quliyeva

Lamiyə Əzimzadə

Emin Qurbanov

Turan Musayeva

Onu da qeyd edək ki, özəl klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaşı gətirilib. Bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb. Belə ki, keçən həftənin şənbə günü illərdir, klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar.

Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət edib. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildirib. Həkimlərin qarşılaşdığı bu "sürpriz” ciddi narazılığa səbəb olub.

Həkimlərin bildirdiyinə görə, klinika rəhbərliyi onların əmək hüququnu kobudcasına pozmaqla yanaşı, həm maddi, həm də mənəvi ziyan vurub. Daha əvvəl işdən çıxarılan həkimlər bunlardır:

Arzu Əyyubova

Rasim Məhərrəmov

Afaq Ələsgərova

Röyal Hacıməmmədov

Namiq İsmayılov

Seymur Mehtiyev

Sənan Aşirov

Toğrul Ömərov

Qeyd edək ki, işdən çıxarılanlar hospitalın ən məşhur həkimləridir. Hazırda klinikada gərgin vəziyyət hökm sürür. (Bakupost.az)

DİGƏR XƏBƏRLƏR

Top