"Volkswagen" 1 milyard avro cərimə ödəyəcək

"Volkswagen" konserni dizel mühərrikli avtomobillərin işlənmiş qaz buraxması ilə bağlı fırıldaqçılıq haqqında iş üzrə Almaniyada cərimə qismində 1 milyard avro ödəyəcək. Yeniavaz.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, qərarı Almaniyanın Braunşveyq prokurorluğu verib. Prokurorluq konsernin fəaliyyətindən zərər görənlərin iddiaları əsasında qərar çıxarıb. Bildirilir ki, 2007-ci ilin ortalarından 2015-ci ilədək bütün dünya üzrə satılmış 10,7 milyon avtomobilin mühərriki qanunsuz proqram təminatı ilə təchiz edilib. Daha əvvəl ABŞ-da konserni avtomobilləri zərərli maddələrin buraxılmasının həqiqi göstəricilərini aşağı salan proqramı təminatı ilə təchiz etdiyinə görə ittiham etmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top