
ABŞ-ın Kaliforniya ştatının üç ştata bölünməsinə dair referendumun keçirilməsi haqqında təşəbbüs 400 mindən çox imza toplayıb. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu təşəbbüs üzrə səsvermə 2018-ci il noyabrın 6-da keçiriləcək. Təşəbbüs amerikalı vençur investoru Timoti Dreyper tərəfindən irəli sürülüb və sponsorluq edilib. Bununla da Kaliforniya ştatının Kaliforniya, Şimali Kaliforniya və Cənubi Kaliforniya olmaqla üç ştata bölünməsini nəzərdə tutur.
Tətbiqimizi yükləyə bilərsiniz