Xüsusi təyinatlı dəstələr İrəvan meriyasında əməliyyat keçirir

Ermənistan Milli Təhlükəsizlk Xidmətinin (MTX) xüsusi təyinatlı dəstələri İrəvan meriyasının binasında xüsusi əməliyyat keçirir. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu MTX-nin mətbuat katibi Samson Qalstyan deyib. Onun sözlərinə görə, xüsusi qüvvələr işə salınıb: “Qalan bütün təfərrüat barədə sonra məlumat verəcəyik”. Daha əvvəl verilən məlumata görə, ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları İrəvan meriyasında korrupsiya sxemini ifşa ediblər.

DİGƏR XƏBƏRLƏR

Top