Tramp Cənubi Koreyadan ABŞ hərbçilərini çıxarmaq istəyir

ABŞ Koreya yarımadası ərazisində hərbi təlimləri keçirməyi dayandırmaq niyyətindədir.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.

O diqqətə çatdırıb ki, hərbi ounları dayandırmağa razı olub, çünki onları çox təxribatçı hesab edir və ümid edir ki, bu qərar ABŞ-a xeyli məbləğdə pula qənaət etməyə imkan verəcək.

D. Tramp, həmçinin gələcəkdə ABŞ-ın hərbçilərini Cənubi Koreyadakı çıxardacağını istisna etməyib: “Mən əsgərlərimizi çıxarmaq istəyirəm, onları evlərinə qaytarmaq niyyətindəyəm. Hələlik bu bizim razılaşmamıza daxil deyil. Lakin ümid edirəm ki, bu, yekunda baş verəcək”.

DİGƏR XƏBƏRLƏR

Top