Volqa çayında katamaran barja ilə toqquşub: 8 ölü, 2 itkin

Rusiyanın Volqoqrad limanı yaxınlığında Volqa çayında barja ilə katamaranın toqquşması nəticəsində səkkiz nəfər həlak olub, iki nəfər itkin düşüb.

Hadisə yerində olan fövqəladə hallar xidmətindən olan mənbə gəzinti gəmisində 17 nəfər olduğunu söyləyib. Onlardan yeddisini xilas etmək mümkün olub.

İnsident sahildən 250 metr aralıda baş verib. Toqquşmadan sonra katamaran alt-üst olub.

Hazırda xilasetmə əməliyyatları davam etdirilir. Çayda axtarışlara 12 gəmi və kater cəlb olunub.Qəzanın səbəbləri hələ ki, açıqlanmır. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top