Tbilisidə kütləvi həbslər VİDEO

Tbilisinin Rustavelli prospektində keçirilən etiraz aksiyasında saxlanılan fəalların sayı 19 nəfərə çatıb.

Saxlanılanlar arasında gürcüstanlı millət vəkili və İnterpolun axtarışında olan Qazaxıstan vətəndaşı da var.

Gürcüstan DİN-nin Mərkəzi Cinayət Polisi departamentinin baş idarəsinin rəisi Mamuka Çelidze bu haqda məlumat verib.

Onun sözlərinə görə, 19 aksiya iştirakçısı İnzibati-xətalar məcəlləsinin “kiçik xuliqanlıq” və “polisə müqavimət ” maddələri əsasında saxlanılıb.

Bundan əvvəl saxlanılmış Vahid Milli Hərəkat partiyasından olan deputat Nikanor Meliyaya gəlincə, Çelidze onun artıq sərbəst buraxıldığını bildirib.

“Rustavelli prospektində Gürcüstan parlamentinin üzvü Nikanor Meliya ictimai asayışı pozub, polisləri təhqir edib və qanuni tələblərə məhəl qoymayıb. Polis hadisə yerində inzibati pozuntunun qarşısını alıb. Nikanor Meliya hazırda azadlıqdadır”, -deyə idarə rəisi diqqətə çatdırıb. (oxu.az)

Tbilisi

DİGƏR XƏBƏRLƏR

Top