İranda silsilə terror aktlarının qarşısı alındı: onlarla terrorçu saxlanıldı

İran təhlükəsizlik qüvvələri 20-dən çox terrorçunu saxlayıb. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, onlar Tehran və ölkənin digər şəhərlərində hücumlar planlaşdırıblar. Ümumilikdə 27 nəfər tutulub. Təhlükəsizlik qüvvələri terrorçuların ölkəyə keçirmək istədiyi hərbi avadanlığı, bombaları, qranatları, partlayıcı maddələri və odlu silahı müsadirə edə bilib. Cinayətkarların tutulması üçün həmçinin bir neçə kəşfiyyat əməliyyatı aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top