ABŞ-dan Rusiyaya yeni sanksiyalar

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, yeni məhdudlaşdırıcı tədbirlər Rusiyanın üç vətəndaşını, üç şirkətini və onlarla bağlı xaricdəki iki strukturu əhatə edəcək. Sanksiyanın tətbiq edilməsinə səbəb kimi fiziki şəxslərin və şirkətlərin kiberhücumlarla əlaqəsinin olması göstərilir. ABŞ-ın sanksiyasına Oleq Çirikov, Vladimir Kaqanski və Aleksandr Tribun məruz qalıblar.

DİGƏR XƏBƏRLƏR

Top