Goranboyda naməlum kişi meyiti tapılıb

Goranboy rayonunda naməlum kişinin meyiti tapılıb. Meyit rayonun Todan kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar edilib.

Sakinlər bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Əraziyə Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) və Xocalı Rayon Prokurorluğunun əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top