İlham Əliyev sabah Türkiyəyə gedir - TANAP-ın açılşı olacaq

Sabah Türkiyənin Əskişəhər şəhərində Azərbaycanın "Şahdəniz" yatağından (2-ci mərhələ) hasil olunacaq təbii qazını Türkiyəyə və oradan da Avropaya nəql edəcək Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi baş tutacaq. Yeniavaz.com xəbər verir ki, açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı bir çox ölkənin dövlət və hökumət başçıları, o cümlədən də Azərbaycan Prezideni İlham Əliyev iştirak edəcək.

Məlumat üçün bildirək ki, TANAP layihəsi "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsi çərçivəsində Azərbaycandan ildə 16 milyard kubmetr təbii qaz Türkiyəyə nəql olunacaq və bunun 6 milyard kubmetrindən qardaş Türkiyə istifadə edəcək. Digər 10 milyard kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top