Kim Çen In Trampı Pxenyana dəvət edib

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana dəvət edib.

Bu barədə “Kyodo” agentliyi xəbər verib.

Məlumata əsasən, Kim Çen In iyul ayında KXDR-ABŞ sammitinin ikinci raundunu keçirməyi təklif edərək D.Trampı Pxenyana dəvət edib.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək. (APA)

DİGƏR XƏBƏRLƏR

Top