Sumqayıtda ağır qəza - FOTOLAR

Sumqayıt şəhərində ağır qəza baş verib. Şəhərin Cəlil Məmmədquluzadə küçəsində 50-CL-388 dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobillə 10-ZP-952 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “Mitsubishi” markalı avtomobildə olan biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə dərhal yol patrul xidmətinin əməkdaşları gəlib. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top