Tramp və Kim Çen görüş üçün Sinqapura gəliblər - FOTOLAR

12 iyunda Sinqapurda baş tutacaq görüş üçün Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp bu ölkəyə səfər ediblər.

Hər iki lideri hava limanında Sinqapur xarici işlər naziri Vivyan Balakrişnan və digər rəsmilər qarşılayıblar.

Zirvə görüşündən öncə Sinqapur Baş naziri Li Hsiyen Lunla ikitərəfli görüş keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Tramp və Kim Şimali Koreyanın nüvə silahı zənginləşdirməsini dayandırması və regiondakı proseslər müzakirə ediləcək. (qafqazinfo)


DİGƏR XƏBƏRLƏR

Top