Tbilisidə keçirilən mitinqdə hökumətin istefası tələb olunur

İyunun 10-da Gürcüstan parlamentinin qarşısında yenidən mitinq keçirilməyə başlanıb. Mitinq "Öldürmə" devizi altında keçirlən aksiyada əsasən hökumətin istefası tələb olunur.

Övladı keçən il dekabrın 1-də Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş Zaza Salavidze bildirib ki, Baş nazir Georgi Kvirikaşvili ilə keçirdiyi görüşdə hökumət başçısı cinayət işinin yenidən araşdırılacağını bildirmişdi. Lakin görüşdən on gün keçməsinə baxmayaraq əsas günahkarlardan heç kim məsuliyyətə cəlb olunmayıb: "Ona görə də hesab edirik ki, bütün olanlardan indiki hakimiyyət günahkardir və istefaya getməlidir".

Aksiyaya müxalifətdə olan siyasi partiyaların nümayəndələri də qoşulublar.

Hazırda parlamentin önündə 5 mindən çox insan toplaşıb. Rustaveli prospekti bağlanıb. Lakin axşama doğru onların sayının bir neçə.min nəfər artacağı söylənilir.

Məlumat üçün qeyd edək ki, 2017-ci il dekabrın 1-də Tbilisinin Vake yaşayış massivində, Xorava küçəsində 51 saylı məktəbin iki 16 yaşlı şagirdi münaqişə nəticəsində bıçaqla qətlə yetiriliblər. Prokurorluq araşdırma zamanı əsl gunahkarların məsuliyyətdən yayınmasına imkan yaratdığı üçün valideylər və onların tərəfdarları aksiyalara başlayıblar. (report)

DİGƏR XƏBƏRLƏR

Top