Yanacaqdoldurma məntəqəsində ölüm hadisəsi baş verib - FOTO

Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib. Şəhərin mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olan “KİA” markalı avtomobilin sürücüsü qəfil keçinib.

Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları çağırılıb. Aparılan araşdırmalar zamanı ölən şəxsin 1959-cu il təvəllüdlü Quliyev Rövşən olduğu məlum olub.

Şahidlərin sözlərinə görə, o, benzin doldurmaq üçün məntəqəyə daxil olub, avtomobili saxlayıb, mobil telefonuna baxdıqdan sonra qulağından qan gəlib və huşunu itirib.

Faktı Sumqayıt şəhər prokurorluğu araşdırır.

DİGƏR XƏBƏRLƏR

Top