56 qoyun və 3 keçini oğurlayan şəxslər saxlanıldı - Cəlilabadda

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə qışlaqdan yaylağa aparılan sürüdən xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb. DİN-dən verilən məlumata görə, iyunun 8-də Cəlilabad RPŞ-yə rayon ərazisində Lerik Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinə məxsus 56 baş qoyun və 3 baş keçinin oğurlanması ilə bağlı müraciət daxil olub.

Polis əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ümumi dəyəri 11 min 500 manat olan xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Onların Cəlilabad rayonun Uzuntəpə kənd sakinləri Ruhid Paşayev, Sarəddin Həsənov, Murad Abdullayev, Taleh Fərzəliyev olduqları müəyyən edilib. Adıçəkilən şəxslərin oğurluğu heyvanların qışlaqdan yaylağa aparılan zaman sürü Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisindən keçdiyi vaxt törətdikləri məlum olub. Oğurlanmış heyvanlar sahiblərinə təhvil verilib.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top