Kürdəmirdə yol qəzası: 5 nəfər xəsarət alıb

Kürdəmir rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil qəfil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

DİGƏR XƏBƏRLƏR

Top