Kim üçün Sinqapura Pxenyandan yemək və lüks maşınlar gətiriləcək

Şimali Koreya lideri Kim Çen In üçün ərzaq məhsullarının olduğu yük təyyarəsi Pxenyandan Sinqapur aeroportuna sabah eniş edəcək. Yeniavaz.com-un "Rossiyskaya qazeta"ya istinadən verdiyi məlumata görə, azuqə aeroportdan soyuducu ilə təchiz olunmuş xüsusi avtomobillər vasitəsilə K.Ç.Inın olduğu yerə aparılacaq. Şimali Koreya liderinin kortejini təşkil etmək üçün təyyarə ilə Sinqapura bir neçə lüks avtomobil çatdırılacaq. Onların "Mercedes-Benz" markasından olacağı ehtimal olunur. K.Ç.Inın özü isə hərəkət üçün artıq Sinqapurda olan BMW 7 avtomobilindən istifadə edəcək. Daha əvvəl məlum olmuşdu ki, məmur və mühafizəçilərdən ibarət Şimali Koreya nümayəndə heyəti 100 nəfərdən təşkil olunub. Xatırladaq ki, K. Ç.Inın ABŞ Prezidenti Donald Trampla tarixi görüşü iyunun 12-nə planlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top