Təhsil Nazirliyinin xanım işçisi işə velosipedlə gəlir - FOTO

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin işçisi Jalə Məmmədli işə velosipedlə gəlib. Yeniavaz.com saytı xəbər verir ki, bu barədə Jalə Məmmədli sosial şəbəkədəki səhifəsində məlumat verib.

Onun işə velosipedlə gəlməsi sosial şəbəkədə də maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Jalə Məmmədli paytaxtın Əhmədli qəsəbəsində yaşayır: "Əhmədlidən Xətai prospekti, 49 ünvanına 1 saata gəldim. Yolda bir az ləngidim, körpü olan yeri keçə bilmirdim, vaxt itirdim. Fəhlə prospekti ilə gəldim".

Qeyd edək ki, Jalə Məmmədli Azərbaycanda işə velosipedlə gələn ilk nazirlik işçisidir.

DİGƏR XƏBƏRLƏR

Top