Qəzza zolağında toqquşma: 4 ölü, 600 yaralı YENİLƏNİB

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 4 fələstinli ölüb, 600-dən çoxu yaralanıb.

Bu barədə WAFA agentliyi Fələstinin Səhiyyə Nazirliyinə istinadən bildirib.

Agentliyin məlumatına görə, İsrail əsgərləri Qəzza sektorunun cənubundakı Xan-Yunis yaşayış məntəqəsində 15 yaşlı yeniyetməni güllələyiblər. Həmin ərazidə polislə toqquşmalarda ağır yaralanmış daha bir ərəb ölüb.

Daha 2 nəfər isə sektorun inzibati mərkəzi Qəzza yaxınlığındakı şəhərdə və Cabaliidə öldürülüb. (Report)

20.16

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli ölüb, 500-dən çoxu yaralanıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib.(Report)

DİGƏR XƏBƏRLƏR

Top