Ərdoğana reytinq şoku

Türkiyədə 7 iyun tarixində yayımlanan televiziya verilişlərinin baxılma faizləri məlum olub.

Yeniavaz.com-un “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Kanal D-CNN Türk” ortaq yayımında iştirak etdiyi proqram reytinqdə 27-ci olub. Hərçənd müxtəlif tarixlərdə FOX TV-yə qonaq olan prezidentliyə digər namizədlər baxılma faizləri üzrə R. T. Ərdoğandan üstün olublar. Belə ki, 2018-ci il mayın 16-da “Liderlər FOX”da verilişində iştirak edən Muharrem İnce sıralamada 8-ci, 2018-ci il iyunun 6-da “Liderlər FOX”da verilişinə qonaq olan Meral Akşener 6-cı, 2018-ci il mayın 23-də “Liderlər FOX”da verilişinə qatılan Temel Karamollaoğlu 7-cı yer tutub.

DİGƏR XƏBƏRLƏR

Top