Bu orden dünyada ilk dəfə Putinə verildi

Çinin sədri Si Cinpin Rusiya Prezident Vladimir Putini Dostluq ordeni ilə mükafatlandırıb.

Yeniavaz.com-un "Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, orden ilk dəfə təqdim olunur. Çin lideri mükafatlandırma mərasimində deyib: “2000-ci idən başlayaraq Prezident Putin Çinə səfər və ya beynəlxalq tədbirlərdə iştirak üçün gəlib. Dünya dövlət başçıları arasında ən çox o, Çinə səfər edib. Putin Çində ən çox hörmət edilən və tanınan dövlət başçısıdır”.

Qeyd edək ki, orden dövlət mükafatı qismində qanunla təsdiq olunub. Qanun 1 yanvar 2016-cı il tarixində qüvvəyə minib. Orden Çinin dövlət quruculuğu və modernləşməsinə xüsusi töhfə verən əcənəbiyə verilir.

DİGƏR XƏBƏRLƏR

Top