"Qayda-qanun"ların ən yaxşı qorunduğu ölkələr - SİYAHI

"Gallup" araşdırma mərkəzi növbəti dəfə "Qanun və qayda indeksi"ni ("2018 Global Law and Order Report") açıqlayıb. Yeniavaz.com açıqlanan hesabata istinadən bildirir ki, Azərbaycan 85 balla 142 ölkə arasında 25-ci sırada yer alıb.

Məlumat üçün bildirək ki, "Qanun və qayda indeksi" insanlar arasında keçirilən sorgular əsasında müəyyən olunur. İnsanlara 4 sual ünvanlanır:

1. Yaşadığınız şəhər və ya ərazidə, yerli polis qüvvələrinə etibar edirsiniz?

2. Yaşadığınız şəhərdə və ya ərazidə, gecə saatlarında tək gəzməyə gedə bilirsiniz?

3. Son 12 ay ərzində sizin və ya digər yaxınlarınızın pul və ya əmlakı oğurlanıb?

4. Son 12 ay ərzində sizə soyğunçuluq məqsədilə hücum olunub?

Qeyd olunan bu suallara verilən cavablar əsasında hər bir ölkəyə 0-100 bal arasında qiymət verilir. "Gallup" araşdırma mərkəzinin sonuncu sorğusuna görə. bu suallara müsbət cavab verən ölkələrin başında Sinqapur dayanır. Sinqapur "Qanun və qayda indeksi"ndə 97 bal toplayıb. İlk 5-likdə Norveç (93 bal), İslandiya (93 bal), Finlandiya (93 bal), Özbəkistan (91 bal) yer alır.

Yuxarıdakı suallara mənfi cavab verən ölkələrin başında isə Venesuela qərarlaşıb. Venesuela 44 balla siyahının sonuncu - 142-ci sırasında yer alıb. Bundan başqa Əfqanıstan (45 bal), Cənubi Sudan (54 bal), Qabon (55 bal) və Liberiya (56 bal) da son sıralarda qərarlaşıblar.

Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən olan Almaniya "Qanun və qayda indeksi"ndə 31-ci, İsveç 33-cü, Fransa 34-cü, ABŞ 35-ci yerdə qərarlaşıblar.

Azərbaycanı region ölkələri arasından Özbəkistandan sonra Gürcüstan və Türkmənistan qabaqlayır. Gürcüstan "Qanun və qayda indeksi"ndə 87 balla 17-ci, Türkmənistan isə 87 balla 19-cu sırada yer alıb.

Region ölkələrininin hesabatdakı mövqeyi belə olub:

5. Özbəkistan - 91 bal

17. Gürcüstan - 87 bal

19. Türkmənistan - 87 bal

25. Azərbaycan - 85 bal

28. Tacikistan - 85 bal

53. İran - 82 bal

63. Qazaxıstan - 79 bal

69. Ermənistan - 78 bal

72. Türkiyə - 77 bal

75. Belarus - 77 bal

81. Qırğızıstan - 73 bal

98. Rusiya - 70 bal

103. Ukrayna - 69 bal

114. Moldova - 67 bal

DİGƏR XƏBƏRLƏR

Top