Bakıda küçədə bıçaqlanmış qadın polislərin köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

1973-cü il təvəllüdlü Quliyeva Dilarə Əzizağa qızı Heydər Əliyev prospektində naməlum şəraitdə qarın nahiyəsindən bıçaqlanıb.

O, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xidmət aparılan zaman aşkar edilib.

Yaralı Post Patrul Xidməti əməkdaşlarının köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, cərrahi əməliyyat edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini stabil orta-ağır kimi qiymətləndirir.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top