Azərbaycanda fermerin biçməyə hazırlaşdığı taxıl sahəsi yanıb kül olub

Biçinə hazırlaşan təsərrüfatçının taxıl sahəsi yanıb. Yeniavaz.com xəbər verir ki, hadisə Yevlax rayonun Qoyunbinəsi kəndində baş verib. Fermer Sahib Qarayevə məxsus 7 hektara (ha) yaxın biçilməmiş sahə qəfildən alovlanıb. Yanğın tez bir zamanda genişləndiyindən hadisə yerinə yanğınsöndürənlər çağrılıb. Alovun qarşısını almaq mümkün olub. Yanğın zamanı 2,5 ha biçilməmiş taxıl sahəsi və 1 ha kol-kos yanıb. Taxıl sahəsinin qalan hissəsi və yaxınlıqda olan meşə zolağı yanğından mühafizə olunub. Yanğının baş vermə səbəbləri araşdırılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top