Dövlət kanalının uğursuz montajı - Kimi “güldürdülər”

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Şimali Koreya lideri Kim Çen İnin bu yaxınlarda baş tutmuş görüşü ilə bağlı Rusiyanın dövlət kanalının yayımladığı görüntülər müzakirələrə səbəb olub.

Kritik görüşmə zamanı ekranlara gələn kadrda Kimin gülümsədiyi görülür. Ancaq daha sonra ortaya çıxan kadrların birində əslində Şimali Koreya liderinin Lavrovla görüşü zamanı heç də gülümsəmədiyi, əksinə qaraqabaqlı dayandığı məlum olub. Bu isə sosial şəbəkələrdə müzakirələri alovlandırıb. "Russia 1" kanalının uğursuz montajı Kimin bu görüşdən məmnun qalması təsəvvürünü yaratmaqla əlaqələndirilib.

Verilişin aparıcısı Dmitri Kiselyov "Görüntü üzərində hər hansı dəyişiklik edilməyib. Bəzən fotolarda belə hallar olur. Bu zaman da üzdə fərqli ifadələr yaranır" açıqlamasını verib. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top