Türkiyə İraqın üç bölgəsinə zərbələr endirmək niyyətindədir

İraq hökuməti PKK terror qruplaşmasının silahlı dəstələri ilə bacarmayacağı təqdirdə Ankara bu ölkənin Qəndil, Sincar və Mahmur bölgələrinə zərbələr endirəcək.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

Bundan əvvəl Türkiyə DİN rəhbəri Suleyman Soylu İraqın Hakurk rayonundakı obyektlərin əksəriyyətinin Türkiyə ordusunun nəzarətinə keçdiyini, hərbçilərin İraqın 26-27 km-liyinədək irəlilədiyini bildirib. Nazir PKK düşərgəsinin yerləşdiyi Qəndil dağlarını son hədəf olduğunu bildirib.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, Ankara İraqın şimalında PKK ilə mübarizədə əməkdaşlıq məsələlərini ABŞ, İraq və bu ölkənin kürd muxtariyyətinin rəhbərliyi ilə müzakirə edir. (APA)

DİGƏR XƏBƏRLƏR

Top