Bilgəh çimərliyi MDB-nin ən yaxşı kurortlarının beşliyində

“TurStat” analitik agentliyi 2018-ci ilin ən yaxşı MDB kurortlarının reytinqini hazırlayıb.

Yeniavaz.com agentliyin rəsmi internet səhifəsinə istinadən bildirir ki, ən yaxşı MDB kurortlarının beşliyi belədir: Burabay kurortu (Qazaxıstan), Issık-Kul gölü (Qırğızıstan), Naroç gölü (Belarus), Bilgəh çimərliyi (Azərbaycan) və Göyçə gölü (Ermənistan)

Adıçəkilən kurortlar arasında səyahət xərcləri baxımından müqayisə aparılıb. Belə ki, MDB kurortlarında istirahət xərci gündəlik 50-100 dollar arası dəyişir. Agentlik ən ucuz kurort yeri kimi Issık-Kul gölünü (50 dollar), ən bahalı isə Bilgəh çimərliyini (100 dollar) göstərib.

“TurStat”ın məlumatına görə, Rusiyadan adıçəkilən kurortlara daha çox Moskva, Sankt-Peterburq, Cənubi Ural və Sibir bölgələrindən turistlər yollanır və istirahət müddəti 7-14 gün arası dəyişir.

DİGƏR XƏBƏRLƏR

Top