NATO-nun üzv ölkələrinin hərbi xərcləri bu il 3,8 faiz artırılacaq. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-unun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, alyans ölkələri son 4 il ərzində hərbi xərclərini artırır: “NATO-nun bütün ölkələri azalmanı dayandırıb və xərcləri artırır, onların çoxu isə 2024-cü ilədək ÜDM-in 2 faizinə çatdırmağı planlaşdırır. NATO müdafiə xərclərinin 20 faizini texnikaya xərcləmək niyyətindədir. Bundan başqa, alyans komanda heyətini 1,2 min nəfər artırmaq, ABŞ və Almaniyada iki yeni qərargah yaratmaq qərarı alıb”.