Tovuzun yeni icra başçısı kimin qardaşıdır?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşı Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və onun yerinə Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeniavaz.com xəbər verir ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Məmməd Məmmədov Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparatın rəhbəri, Cahan Məmmədovun qardaşı olduğu bildirilir.

Məlumat üçün bildirək ki, iqtisad elmləri namizədi olan Cahan Məmmədov 2008-ci ildən Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparatın rəhbəri vəzifəsində işləyir. 1992-ci ilin dekabr ayından 1993-cü ilin may ayına kimi "Azəraqro-təchizatmexanikləşdirmə" Respublika İstehsalat Birliyində sədrin birinci müavini, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vəzifələrində çalışıb.

Məlumat üçün qeyd edək ki, dünən prezident İlham Əliyevin imzaladığı sərəncamla daha bir tanınmış şəxsin - Kapital Bank-ın sədri Rövşən Allahverdiyevin qardaşı Elxan Allahverdiyev Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Fotoda Cahan Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top