Qurban Qurbanovlu millimizdən 21 pilləlik irəliləyiş

FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan yığması bu gün açıqlanan siyahıda 21 pillə irəliləyib. Komandamız hazırda 321 xalla 105-ci pillədə qərarlaşıb.

Avropa Millətlər Liqasında yığmamızla bir qrupda yer alan komandalara gəlincə, ən yaxşı göstərici Farer adalarına məxsusdu. Bu komanda üç pillə irəliləyib və hazırda 376 xalla 90-cı yerdə qərarlaşıb. Kosovo 11 pillə irəliləyib. Bu komanda 197 xalla 141-ci yerdədi. Malta isə cəmi 1 pilləlik irəliləyişə sevinib - 65 xalla 184-cü yer.

Millimizin yoxlama oyunu keçirməyə hazırlaşdığı Latviya da 10 pillə irəliləyib. Bu komanda 230 xalla 129-cudu.

İlk onluqda qərarlaşan komandaların mövqeyində ciddi dəyişiklik baş verməyib: 1 (1). Almaniya – 1558, 2 (2). Braziliya – 1431, 3 (3). Belçika – 1298, 4 (4). Portuqaliya – 1274, 5 (5). Argentina – 1241, 6 (6). İsveçrə - 1199, 7 (7). Fransa – 1198, 8 (10). Polşa – 1183, 9 (9). Çili – 1135, 10 (8). İspaniya – 1126.

Qonşu Türkiyə yığması 38-ci pillədə qərarlaşıb. Bir pillə geriləyən “ay-ulduzlular”ın hesabında 706 xal var.

Bu ayın ən yaxşı göstəricisi 21 pillə irəliləyərək 105-ci sıraya yüksələn Azərbaycana məxsusdu. Ən pis göstəriciyə isə 18 pillə geriləyən Qayana imza atıb. Bu komanda hazırda 73 xalla 182-ci pillədədi.

Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini iyulun 19-da açıqlayacaq.(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top